“VTB Qrup” 2009-cu ildən etibarən Azərbaycan iqtisadiyyatına $700 mln. həcmində investisiya yatırıb. “İnterfax” agentliyinə istinadən xəbərə görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən Eldar Tlyabiçev bildirib.
Onun sözlərinə görə, bu vəsaitdən $300 mln. “Bank VTB (Azərbaycan”) ASC-nin inkişafına, $400 mln. isə nəqliyyat və infrastruktur kimi sahələrdə reallaşdırılan layihələrin inkişafına yönəldilib.
“Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərinin 51%-i Rusiyanın “Bank VTB” ASC-yə, 48,99% “AtaHolding” ASC-yə, 0,01% isə fiziki şəxsə məxsusdur.
APA