21 C
Baku
Tuesday, September 16, 2025

VTB (Azərbaycan)ın əməkdaşları Bilgəh çimərliyində növbəti təmizlik aksiyası keçirdilər

®VTB (Azərbaycan) Bilgəh çimərliyində Xəzər dənizinin sahilyanı ərazisinin təmizlənməsi kampaniyası təşkil edib.

Bank iştirakçıları zəruri sanitar avadanlıqlarla təchiz olunaraq sahil ərazisini tullantılardan təmizlədilər.

Artıq bir neçə ildir ətraf mühitin mühafizəsi tədbirlərini dəstəkləyən və fəal iştirak edən VTB (Azərbaycan) üçün bu təşəbbüs artıq ənənəvi hal alıb.

“Təbiətin təmizliyinə görə məsuliyyət hər birimizin üzərinə düşür. Sahilboyu təmizləmə kampaniyaları təkcə Xəzər dənizinin ekosistemini yaxşılaşdırmaq üçün deyil, həm də əhali arasında təbiətə qayğıkeş münasibət mədəniyyətinin formalaşdırılması üçün mühüm addımdır. Ümid edirik ki, zaman keçdikcə Xəzər dənizinin çimərlikləri və sahilyanı əraziləri zibildən tamamilə təmizlənəcək və bu cür ekoloji aksiyalar mütəmadi xarakter daşıyacaqlar”, – deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev bildirib.

DSC02666 DSC02678

DSC02669DSC02687

Son xəbərlər
Digər xəbərlər