23 C
Baku
Sunday, September 29, 2024

“VTB-Azerbaijan” üçillik strategiya qəbul edəcək

“VTB-Azerbaijan” Bankı 2022-ci ilədək olan dövr üçün yeni strategiya qəbul etməyə hazırlaşır.

Bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirinmətbuat konfransında bildirib.

“Strategiyamız VTB qrupunun 2022-ci ilədək olan dövr üçün təsdiqlədiyi strategiyaya uyğun olacaq”, – bank rəhbəri deyib.

O, 2017-ci ildən etibarən 90 milyondan çox, bu ilin birinci rübündə isə 6 milyon manat məbləğində problemli kreditlərin bağlandığını qeyd edib. Əksər hissəsi biznesin payına düşən poblemli kreditlərin artmasına daha çox devalvasiya kimi valyuta risklərinə ötəri münasibətin gətirib çıxardığını söyləyib: “Bütövlükdə, bu ilin ilk yarısını kifayət qədər uğurla başa vuran bank 1,8 milyon manatlıq mənfəət əldə edərək əsas göstəricilərdə müsbət nəticələr qazanıb”. 

İlin sonunadək korporativ biznes və pərakəndə sektor hesabına göstəricilərin daha da yaxşılaşacağını ehtimal edən Y.Kirin kiçik və orta sahibkarlığın dəstəklənməsini, kart şəbəkəsinin inkişafını başlıca fəaliyyət istiqamətləri olaraq dəyərləndirib.

Report

Son xəbərlər
Digər xəbərlər