23 C
Baku
Wednesday, October 5, 2022

“VTB Bank Azərbaycan” 2018-ci ilin maliyyə göstəricilərini açıqlayıb

Bankın cəmi faiz gəlirləri ilin 4 rübü ərzində  7,81 mln. manat təşkil edib ki, bu da 2017-ci il ilə müqayisədə 37% az olması deməkdir. Faiz xərcləri 8,61 mln. manatla olub ki, bu da ötən ildəki kimi faiz xərclərinin faiz gəlirini üstələməsi deməkdir.

Bank 2018-ci ildə bank təxminən 250 mln. manat zərər etmişdirki, bu sektor üçün kifayət qədər böyük rəqəm hesab edilə bilər.

Bank 2018-ci ilin ilk rübündəcə hesabat açıqlayarkən  237,43 mln. manatlıq zərərli aktivlərə görə ayrılmalar hesabına 247,41 mln. manata kimi zərər etdiyi açıqlandı. Lakin ilin sonuna ayırmaların illik həcmi 218,8 mln. manata düşməsinə rəğmən, bu dövürdə isə zərərin isə 250,48 mln. manat təşkil etdiyi açıqlandı.

Göründüyü kimi burada problem təkcə zərərli aktivlər üzrə ayrılan ehtiyyatlar deyil. Əməliyyat mənfəətini analiz etdikdə məlum olur ki, bank  30,91 mln. manat edəcəkdi. Yəni, bu ehtiyata ayırmalar olmasaydı belə bankın zərər etmə ehtimalı vardı yenə.

Əsas səhmdarı olan Rusiyanın “VTB” bankı ötən ilin ilk rübündə nizamnamə kapitalını kəskin artımla  315,82 mln. manata çatdırmasına rəğmən hazırda cəmi kapital  54,97 mln. manat həcmindədir. Çünkü 261,57 mln. manatlıq illərdir yığılmış zərəri var.

eqw42e

Son xəbərlər
Oxşar xəbərlər