8 C
Baku
Thursday, December 12, 2024

“VTB Bank (Azerbaijan)” sədri müflisləşmə prosedurları ilə bağlı islahatların aparılmasının zəruriliyini qeyd edir

Azərbaycan müflisləşmə sahəsində mövcud qanunvericiliyi təkrar nəzərdən keçirməlidir. Bunu “VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin deyib.

“Azərbaycanda “Müflisləşmə və iflas haqqında” qanunun qəbul edilməsinə baxmayaraq, işləmir, bu məhkəmə işlərinin kartotekasından da görünür. “Müflisləşmə və iflas haqqında” qanunu sadəcə kreditorların maraqlarının güclənməsi kimi qəbul etmək olmaz. Əslində, müasir institutunda da borc alanların maraqları qorunur”, – Kirin bildirib.

O qeyd edib ki, kreditorları aktivlərin çıxarılması məqsədilə qəsdən müflisləşmə daha çox narahat edir.

“Bu günə qanunvericilik bizə həmin sazişlərə qarşı iddia qaldırmağa imkan vermir, baxmayaraq ki, biz rəhbərlər, səhmdarların hərəkətlərinə hüquqi qiymət verməliyik. Suallarımız yaranır, lakin mpvcud qanunvericilik çərçivəsində imkanlar məhdud olduğundan onların həllini aktivləşdirə bilmirik”, – Kirin vurğulayıb.

Bankın sədri hesab edir ki, bu məsələnin həlli ölkədə işgüzar mühitin qiymətləndirilməsinə müsbət təsir edərdi, çünki dünya reytinqlərində aparıcı mövqelər tutan əksər ölkələrdə bu mexanizm var.

“Ümid edirik ki, məhkəmə islahatları və gələcək fəaliyyət çərçivəsində Azərbaycanda bu məsələ öz həllini tapacaq. O cümlədən, qanunun iki hissəyə – “Hüququ şəxslərin müflisləşmə və iflası haqqında” və “Fiziki şəxslərin müflisləşmə və iflası haqqında” qanubnlarına bölünməsini zəruri hesab edirəm. VTB Qrup bu məsələdə artıq Rusiyada tətbiq olunan öz təcrübəsi ilə bölüşməyə hazırdır”, – Kirin əlavə edib.

İnterfaks-Azərbaycan

Son xəbərlər
Digər xəbərlər