Banker.azın bankın maliyyə göstəricilərinə istinadən verdiyi məlumata görə, VTB bank 2015-ci 3-cü rübünü yenidən zərərlə başa vurub. Bank Sentyabr ayının sonuna 4.2 mln. manat zərər edib. Qeyd edək ki, 2-ci rübün sonu üçün bankın zərəri 11 mln. manata bərabər idi.
Bank keçən rübə nisbətdə aktivlərində artıma nail olub. Beləki, 3 ay ərzində bank aktivlərini 30 mln. manat artıraraq 370 mln. manata çatdırıb. Bankın öhdəliklərindədə təxminən 23 mln. manat artım vardır. Hazırda öhdəliklərin həcmi 324 mln. manat təşkil edir. Göründüyü kimi bankın borclanması təxminən 87% təşkil edir.
Digər bankların kredit verməkdə çətinlik çəkdiyi dövrdə, bank kredit portfelində artıma nail ola bilib. Artım təxminən 5 mln. manat olub, amma indinin özündə demək olar bütün banklarda kredit portfelində azalma müşahidə olunan dövrdə artım artıq yaxşı nəticədir. VTB bankın kredit portfeli hazırda 313 mln. manat təşkil edir.
Bankın verdiyi məlumata görə vaxtı keçmiş kreditlərin həcmi 42 mln. manat təşkil edir (12.6%)