“VTB” bankı satın alır

Rusiyanın aktivlərinə görə 2-ci ən böyük dövlət bankı “VTB” elə həmin ölkədə fəaliyyət göstərən “Vozrozhdenie Bank”ı alır.

Bankeraz Financial Times-ə istinadən xəbər verir ki, “VTB” bankının prezident köməkçisi Anatoli Peçatknikov bildirib ki, “Vozrozhdenie Bank”ın ən azı 90%-ə qədər səhmini alacaqlar.

“Vozrozhdenie Bank”ın 2017-ci ilin 31 dekabra olan hesabatına görə ümumi aktivləri 3,84 mlrd. dollardır.