Cari ilin iyunun 24-ə Rusiyanın Sankt-Peterburq şəhərində VTB-nin səhmdarlarının yığıncağı keçiriləcək.
TASS agentliyi xəbər verir ki, iclasda bankın Müşahidə Şurasının tərkibi təsdiqlənəcək.
Bankın səhmlərinin 60,9%-ə nəzarət edən Rusiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi Müşahidə Şurasına maliyyə nazirinin müavini Aleksey Moiseyevi daxil etməyi təklif edib.
Şuraya daxil edilməsi təklif olunan başqa şəxslərin siyahısı dəyişməyib. Bunlar Artur Mattias Varniq, Sergey Qalitskiy, De Silqa İv Tibo, Sergey Dubinin, Andrey Kostin (VTB-nin İdarə Heyətinin sədri, prezidenti), Şahmar Mövsumov (Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru), Valeriy Petrov, Aleksey Ulyukayev (iqtisadi inkişaf naziri), Vladimir Çistyuxin, Andrey Şaronovdur.
Qeyd edək ki, Rusiyanın Dövlət Əmlakının İdarəedilməsi üzrə Federal Agentliyi ilə yanaşı, VTB-nin səhmdarları Azərbaycan Dövlət Neft Fondu, “Credit Suisse AG”, “Rosselxozbank” və minoritarlardır (31,57%-lik payla).
APA-Economics