10 C
Baku
Friday, December 13, 2024

“VTB”, səhmdarlar konsorsiumu ilə birlikdə Rusiyadakı “KFC” şəbəkəsini satın aldı

“VTB Kapital” (VTB İnvestisiya Şöbəsi) və “Marathon Group” fondları, “Al Nahdha Investment” və “Lavenior Investments Limited” adlı səhmdarlar konsorsiumu “Yum! Brands”dən “International Restaurant Brands”-in 100%-ni alıb ki, bu da Rusiyada KFC brendini inkişaf etdirməkdədir.

Banker.az xəbər verir ki, bu barədə RBK yazır.

Konsorsium “KFC”nin 180 restoranını əldə edib. Onlar birbaşa “Yum! Brands”a tabe idilər, lakin, indi onları ayrıca şirkətə bölüblər. Əməliyyat şərtləri olmasa da RBK mənbələri belə hesab edirlər ki, aktivlərin dəyəri 126-156 milyon avro ola bilər.

Qeyd edək ki, “VTB” Rusiyadakı xidmətə sərmayə yatırır. “Burger King”in rus biznesinin 19,98%-i də həmçinin ona məxsusdur. “KFC” Rusiyada sürətlə inkişaf edir. 2012-2015-ci illərdə onun ölkədəki satışları il ərzində 40% artdı. 2017-ci ildə dünya bazarında Rusiya ticarətinin payı 4% artdı, 2018-ci ildə isə artıq 8%-ə qədər artdı.

 

Son xəbərlər
Digər xəbərlər