16 C
Baku
Friday, November 22, 2024

Vuçiç: “Serbiya iqtisadi artım baxımından Avropada birincidir”

Serbiya regionda digər ölkələrə görə daha sürətlə böyüyüb və tərəqqiyə nail olub. Biz iqtisadi artım baxımından Avropada birinciyik.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

“Bütün bu 12 il ərzində Serbiya mənim üçün hər şey idi. Mən onun hər ağrısını və narahatlığını yaşadım. Bu müddət ərzində ölkəmiz regionda ən çox və ən sürətlə inkişaf etdi. Serbiya bu gün öz tarixində ən yaxşı dövrünü yaşayır. Apardığımız islahatlar, gərgin iş və mübarizə sayəsində daha da yaxşı yaşayacaq. Ölkə düzgün yoldadır, biz təhlükəsiz gələcəyə səbirsizliklə baxırıq. Mən bu mübarizədən əl çəkməyəcəyəm, buna haqqım yoxdur, çünki Serbiyanın maraqları üçün çalışıram”, – deyə Aleksandar Vuçiç qeyd edib.

O, ilin sonuna qədər prezidentin impiçmenti ilə bağlı referendum keçirməyi təklif edib.

Serbiya Prezidenti ölkəsinin 6,6 milyard avrodan çox valyuta ehtiyatının olduğunu, minimum əməkhaqqının, pensiyaların, təhsil işçilərinin maaşının artırılacağını bildirib.

Aleksandar Vuçiç yaxın bir il yarım ərzində Yadar yatağında litium hasil edilməyəcəyini bəyan edib.

Qeyd edək ki, Yadar vadisində Avropanın ən böyük litium yatağı yerləşir. Dağ-mədən layihəsi ötən illərdə Serbiyada ekoloji etirazlara səbəb olub.

Keçən ay Serbiya hökuməti və Avropa İttifaqı litium tədarükünə dair saziş imzalayıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər