3 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Vücudun vəziyyəti karyeraya təsir edir

Bu haqda çox danışılsa da, amerikan tədqiqatçılar bunu faktlarla sübut etmişlər. Belə ki, həqiqətən də işdə uğurun qazanılması bədənin vəziyyətindən asılıdır.

Əgər insan bir neçə dəqiqə ərzində açıq inam nümayiş etdirən gücü yığa bilirsə onun hormonal tərkibi və davranışları da dəyişir.

Məsələn, tədqiqatçılar bildirmişlər ki, ayaq üstə durub bədəni azacıq önə əyərək əlləri stolun üzərinə qoymaq nəinki testosteronun səviyyəsini artırır, həmçinin bu poza stress hormonu kortizolun səviyyəsini də azaldır. Bu fizioloji dəyişikliklər müsbət və inamlı davranışlar nümayiş etdirməyə səbəb olur. Bu pozanın əksinə olaraq isə azacıq arxaya əyilmə müsahibə qarşı soyuq və xoşagəlməz ünsiyyət təsiri bağışlaya bilər.

İnsanın bu davranışlarının dəyişməsi tək şəxsin özünə deyil, ətrafdakı insanlara da təsir göstərir, məsələn, əməkdaşlarına. Bu da öz növbəsində karyeraya təsir göstərir, davranışlardan asılı olaraq karyera yüksələ bilər və yaxud əksinə.

Harvard biznes məktəbinin araşdırma müəllifləri müəyyən etmişlər ki, müsahibə və yaxud vacib görüş öncəsi güclülük pozası alan insanlar daha çox uğur qazanmışlar. Görünür qeyri-verbal ünsiyyət ilə fizioloji fəaliyyət arasındakı əlaqə biz düşündüyümüzdən də güclüdür.

Son xəbərlər
Oxşar xəbərlər