“Vulkan” ASC 2022-ci ili 5 539 manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkət 2 577 manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.
Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Vulkan” ASC-nin əsas əməliyyat gəlirləri 227 min manat (əvvəlki ilə nisbətən 3.2% çox), satışın maya dəyəri 220 min manat (1.4% çox) təşkil edib.