16 C
Baku
Friday, April 19, 2024

Vuqar Bayramov: “Mərkəzi Bank manatın məzənnəsini qorumaq üçün borclanmaya gedə bilər”

2016-cı ildə neftin qiyməti daha da aşağı enərsə manatın məzənnəsinə ciddi təsir göstərə bilər.

Bu sözləri Gün.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
O deyib ki, dünya bazarında neft qiymətinin aşağı düşməsinə baxmayaraq, 2016-cı ildə hər hansı bir qlobal böhran gözlənilmir. Amma bununla belə iqtisadi baxımdan çətin il olacaq.
Vüqar Bayramov gözləntilərin əksinə olaraq qlobal böhranın baş verəcəyi təqdirdə Azərbaycanın rezervlər ehtiyatlarının böhrandan yayına bilməsi üçün yetərli olduğunu söyləyib.
Ekspert sözlərinə əlavə edib ki, əgər neftin qiymətinin aşağı enməsi davam edərsə manata təzyiq artacaq:
“Hazırda manatın məzənnəsinin qorunub saxlanması üçün Mərkəzi Bank müəyyən tədbirlər görür. Müəyyən çətinlik yaranarsa, bu məzənnəni qorumaq üçün borclanmaya da gedə bilər”.
Son xəbərlər
Digər xəbərlər