31 C
Baku
Friday, June 14, 2024

Vüqar Gülməmmədov: “Son 10 ildə 2-ci dəfə neftin büdcə qiyməti 75 dollar müəyyənləşir”

Son 10 ildə 2-ci dəfədir ki, dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 75 ABŞ dolları müəyyənləşir.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2024-cü il dövlət büdcəsi icrası haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Bundan başqa, sədr deyib ki, bu il qeyri-neft-qaz sektoru üzrə büdcə kəsirinin qeyri-neft-qaz ümumi daxili məhsuluna nisbətinin 25.5% çox olması gözlənilir.

“Yenidən baxılmış büdcədə 10 mənbə üzrə artım, 2 mənbə üzrə azalma nəzərdə tutulub, həmçinin, 2 yeni mənbə əlavə edilib. Büdcə gəlirlərinin artımı əsasən hüquqi şəxslərin mənfəət vergisinin payına düşür”, – deyə sədr əlavə edib.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər