22 C
Baku
Friday, August 22, 2025

Vüqar Qurbanov əmr imzaladı: Yeni təyinat

Astara Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Bahadır Allahverdi oğlu Əhmədov sözügedən vəzifəyə təyin olunub.

Qeyd edək ki, Bahadır Əhmədov “N” saylı hərbi hissənin tibbi xidmət rəisi vəzifəsində çalışıb. Zərdabın Qoruqbağı kəndindən olan tibb xidməti polkovniki “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki, Astara Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Oktay Əmənullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru təyin edilib.

MənbəMODERN.AZ
Son xəbərlər
Digər xəbərlər