12 C
Baku
Monday, November 25, 2024

Vüqar Qurbanov bu xəstəxanalara direktorlar təyin etdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Belə ki, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov, Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına İmran Qurbanov, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

Son xəbərlər
Digər xəbərlər