“Koronavirus pandemiyası ilə bağlı turistlərin Azərbaycana gəlməsində hazırda heç bir məhdudiyyət yoxdur”.
Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, əvvəllər Azərbaycana gəlmək üçün COVID-19 testləri tələb olunurdu: “Amma hazırda bu məhdudiyyətlər aradan qaldırılıb. Hansısa bir xarici vətəndaşda koronavirus əlamətləri aşkar edildikdə onlara tibb müəssisələrimiz və həkimlərimiz tərəfindən müəyyən yardımlar göstərilir”.