10 C
Baku
Thursday, December 12, 2024

Vüqar Zeynalov: Azərbaycanda istehsal olunan məhsulların 60 faizi xarici xammala əsaslanır

“Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi”nin sadələşdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarında edilən son dəyişikliklərlə bağlı sahibkarlar üçün görüş keçirilib.

Banker.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ölkəmizdə istehsal olunan məhsulların 60%-i xaricdən alınan xammala əsaslanır. “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı yeniliklər ixracda Azərbaycan məhsullarının rəqabətə davamlı olmasına imkan verəcək. Həmçinin depozit tələbinin ləğv olunması sahibkarların dövriyyə vəsaiti ilə bağlı müəyyən çətinliklərini aradan qaldıracaq”, – deyə V.Zeynalov vurğulayıb.

Görüşdə malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları, daxildə emal xüsusi gömrük proseduruna icazənin verilməsi və müraciət prosedurları ilə bağlı təqdimatlar edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər