“Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib.
QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzifəsindən azad olunub.
QSC-dən bildirilib ki, o, karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.
Xatırladaq ki, A.Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.