27 C
Baku
Saturday, July 27, 2024

Vüsal Qasımlı: “Azərbaycanda faktiki ÜDM potensial ÜDM-dən az olub”

Azərbaycan iqtisadiyyatı maraqlı transformasiya mərhələsinə qədəm qoyub.

Bunu Bakıda keçirilən “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyyələr” mövzusunda konfransda çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözləırinə görə, 2016-cı ildə ilk dəfə ölkənin faktiki ümumi daxil məhsulu (ÜDM) potensial ÜDM-dən az olub. Buna görə də milli iqtisadiyyatın inkişafı ilə bağlı ötən il Strateji Yol Xəritəsi qəbul edilib.

“Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün texnoloji yenilənmə, institusional inkişaf və insan kapitalının formalaşdırılması əsas istiqamətlər kimi seçilib. Artıq ilkin nəticələr də var. Bu ilin ilk 4 ayının nəticələrinə görə, ölkənin qeyri-neft sektorundan ixrac 22% artıb, valyuta ehtiyatlarının azalması dayanıb, Azərbaycan manatının sabitliyi təmin edilib. Hazırda dövriyyədə olan pul bazası ÜDM-in 13%-ni təşkil edir. Halbuki, Qazaxıstanda bu rəqəm 11%, Cənubi Koreyada 8%, Türkiyədə 6,5%-dir”, – deyə V.Qasımlı əlavə edib.

Son xəbərlər
Digər xəbərlər