10 C
Baku
Sunday, December 22, 2024

Vusal Süleymanov – Ross School of Business (2010)

Nə üçün MBA dərəcəsi almaq qərarına gəldiniz?

Mən ilk ali təhsilimi Azərbaycanda almışam, lakin düşünürdüm ki, bu təhsil mənə hazırkı biznes aləmində rəqabətqabiliyyətli iş imkanı təmin edə bilmyəcək.

vusal 200 150Bakalavr təhsilimdən sonra işlədiyim dövrdə xarici ölkələrin universitetlərində təhsil almış azərbaycanlıları və xarici ölkə vətəndaşlarını  gördükdə çatışmamazlıqları açıq-aşkar hiss edirdim. Təəssüf ki, hələlik bizim universitetərimiz praktiki bacarıqların öyrənilməsi üçün müvafiq texniki təchizata və praktik biliklərə malik kifayət sayda kadrlara malik deyil. Məsələn, siz dünyanın istənilən nöqtəsində olmağınızdan asılı olmayaraq hazırda təhsil aldığım Ross Biznes Məktəbinin elektron kitabxanasına daxil olmaqla bazar araşdırması və statistik məlumatlar hazırlayan onlarla məşhur beynəlxalq qurumun verilənlər bazasından istifadə edə bilərsiniz. Hazırda yaşadığımız informasiya cəmiyyəti üçün bunun nə demək olduğunu təsəvvür etmək elə də çətin deyil. Digər tərəfdən Azərbaycanda biznes münasibətləri və korporativ mühit tam formalaşmadığı üçün nəzəri bilikləri biznes kontekstində test etmək imkanları məhduddur. Həmçinin, Qərb ölkələrindəki universitetlər daha prestijli olduğu üçün işə götürənlər həmin universitetlərdən məzun olanlara üstünlük verir.

  • Bu proses nə qədər müddət çəkdi?

Mənim hazırlıq dövrüm təxminən 2 ildən bir az çox vaxt apardı. Lakin onu da qeyd edim ki, mən hazırlıq dövrünün 1-ci ilində artıq Birləşmiş Ştatlardakı başqa bir universitetdən qəbul almışdım, lakin bu imkandan imtina etmişdim.

  • Nəyə görə seçiminizi məhz Amerika universistetinde saxladınız?

Əslində Biznesin İdarə Edilməsi üzrə Magistr Dərəcəsi (MBA) tarixən Birləşmiş Ştatlarda yaranmış bir ixtisas növü sayılır. Bu baxımdan oradakı universitetlər bu sahədə geniş praktikaya malikdirlər. Həmçinin Amerikada biznes mühiti yüksək səviyyədə inkişaf etdiyi üçün burada təhsil sistemi də müvafiq olaraq daha dolğun formaya təkmilləşmişdir.

  • Siz öz təhsilinizi necə maliyyələşdirməyi planlaşdırırdınız (kredit, öz əmanətləriniz, şirkət hesabına ödəmə, təqaüdlər, qrantlar və s.)?

Mən öz təhsilimi kredit hesabına maliyyələşdirirəm. Bu krediti universitet vasitəsilə Amerikadakı banklardan əldə etmişəm.

  • MBA aldıqdan sonar gələcək karyera planlarınız necədir?

Hazırda bu barədə davamlı olaraq universitetimizdəki karyera mərkəzi ilə müzakirələr aparır və konsultasiya alıram. Ümumilikdə isə strateji konsultasiya və korporativ strategiya məni daha çox cəlb edir. Bu sahə nisbətən yeni sahə sayılır və qlobal dünyamızda böyük əhəhmiyyət kəsb edir.

  • Bir çox məktəblər liderliyə və sahibkarlığa namizədliyə yönəlirlər. Bu anlayışları təcrübə nöqteyi-nəzərdən necə görürsünüz? Sizin üçün liderlik və sahibkarlıq nədir?

Doğrudur, hazırda biznes məktəbləri liderlik və sahibkarlıq bacarıqlarına üstünlük verir. Bu həmçinin məktəbə qəbul prosesində də özünü göstərir.

Biznes dünyasında liderlik və sahibkarlıq ilə bağlı iki müxtəlif və xüsusilə əks-qütblü fikir mövcuddur. Bəziləri bu bacarıqların anadangəlmə olduğunu və sonradan öyrənilməsinin mümkünsüz olduğunu düşünür, digərləri isə əksinə müvafiq təhsil və təlim prosesi ilə bunun mümkün olduğunu iddia edir. Hazırda biznes məktəblərində bu bacarıqların əsasıının öyrənilməsi ilə bağlı ciddi tədqiqatlar aparılır. Mənim şəxsi fikrimə gəldikdə isə liderlik və sahibkarlıq daha çox inanmaq və başqalarını inandırmaq bacarğıdır. Həmçinin liderlərdə intutitiv duyumun mövcudluğuna inaniram. Bu bacarıqların qismən sonradan öyrənilə biləcəyini düşünürəm, lakin milyard dollarlıq korporasiyalarda dəyişiklik yaratmaq üçün anadangəlmə müəyyən yüksək liderlik keyfiyyətlərinin olması zəruridir.

Konkret olaraq məktəblərdə bu bacarıqların öyrənilməsi üçün hər bir imkan mövcuddur. Ross Biznes Məktəbində sahibkarlıq ilə bağlı xüsusi institut fəaliyyət göstərir. Bu institut yeni-yeni biznes ideyalarının kiçik şirkətlərə çevrilməsi üçün maddi və təşkilati imkanlarla təmin edir.

  • Biznes-məktəblər hansı namizədləri axtarır? Əgər siz Ross-un qəbul komissiyasının üzvü olsaydınız, namizədlərin seçimi zamanı nəyə diqqət yetirərdiniz?

Əvvəl qeyd etdiyim kimi əksər biznes məktəbləri liderlik və sahibkarlıq bacarıqlarına, bu istiqamətdə keçmiş fəaliyyətlərə önəm verir. Bundan başqa hazırda biznes məktəbləri korporativ məsuliyyət, könüllü iş, qeyri-gəlir təşkilatlarında iş təcrübəsi, ətraf mühitin qorunması istiqamətində fəaliyyətlər və s. kimi ictimaiyyətə və cəmiyyətə faydalı işlər görən namizədlərə üztünlük verir. Gələcəkdə biznes məktəbində təhsil almaq istəyən tələbələrə tövsiyəm budur ki, onlar ictimai həyatda aktiv olsunlar, ardıcıl və məqsədyönlü karyeraları olsun və dünyada tanınan şirkətlərdə işləməyə meyl göstərsinlər. Bunlar həmin namziədlərin biznes məktəblərinə qəbulunu asanlaşdıracaqdır.

Ross Biznes Mətkəbinin qəbul komissiyasının üzvü olaraq isə mən daha çox hər hansı sahədə dəyişiklik etmiş və ya baş verən dəyişikliklərdə iştirak etmiş insanları cəlb edərdim. Hazırda biznes məktəblərində müzakirə olunan ən ümdə məsələlərdən biri məzunların öz ideya və strategiyalarını icra etməsi üşün lazımi bacarıqara yiyələnməsidir. Çünki nə qədər bilikli və strateji fikir sahibi olsanız da bütün bunları həyata keçirə biləcək, bir sözlə dəyişiklik yarada biləcək bacarığınız olmadıqdan sonra bunun elə də böyük əhəmiyyəti qalmır.

Son xəbərlər
Digər xəbərlər