23 C
Baku
Monday, September 16, 2024

Vyana, Berlin və Budapeşt Rusiya qazına qoyulan qadağaya qarşı çıxıb

Vyana, Berlin və Budapeşt Rusiyanın qaz embarqosuna qarşıdır.

Bu barədə Avstriya kansleri Karl Nehammer CNN telekanalında bildirib.

“Avstriya qaz embarqosuna qarşı bu məsələdə tək deyil. Avropa İttifaqına üzv olan digər ölkələrdə Rusiyaya qarşı sanksiyalarının tərəfdarı deyil. Sanksiyalar Avropadan çox Rusiyaya zərbə vurmalıdır”,- deyə kansler bildirib.

Kanslerin sözlərinə görə, Avropa Komissiyası və Aİ Şurası artıq neft tədarükünə qadağa qoyulmasını müzakirə edir. Lakin qaz ayrı məsələdir. Çünki müxtəlif ölkələrin sənayesi ondan asılıdır.

Qeyd edək ki, Avstriya kansleri aprelin 11-də Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparıb. Görüş mətbuata bağlı qapılar arxasında keçirilib.

 

 

Son xəbərlər
Digər xəbərlər