18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Vyana dünyanın ekoloji cəhətdən ən təmiz şəhəri adlandırıldı

faizlere

Avstriyanın paytaxtı Vyana dünyanın ən yaşıl və ekoloji cəhətdən
təmiz şəhəri adlandırılıb.

Banker.az xəbər verir ki, bu barədə “Lonely Planet” portalı məlumat verib.

Qeyd edək ki, reytinq “Resonance Consultancy” konsaltinq şirkəti tərəfindən tərtib edilib. Vyana park ərazilərinin bolluğu, həmçinin nəqliyyatın ekoloji cəhətdən təmiz olması səbəbindən siyahıda birinci yer alıb.

İkinci və üçüncü yerləri müvafiq olaraq Almaniyanın Münhen və Berlin şəhərləri tutub. Dördüncü yerdə İspaniyanın Madrid, beşinci yerdə isə Braziliyanın San-Paulu şəhəri dayanır.

Ümumilikdə ilk onluğa Mançester, Lissabon, Sinqapur, Amsterdam və Vaşinqton şəhərləri daxil olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər