29 C
Baku
Sunday, June 26, 2022

Vyanada neftlə bağlı razılıq əldə olundu

Neft hasil edən ölkələr Vyanada keçirilən görüşdə OPEC-ə daxil olmayan neft istehsalçıları tərəfindən gündəlik hasilatın ümumən 600 min barreldən çox azaldılması barədə razılığa gəliblər.

Banker.az Azərtac-a istinadla xəbər verir ki, OPEC-in üzvü olan ölkələr neft hasilatının azaldılması barədə sazişə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın qoşulmaları üçün Vyanada həmin ölkələrlə danışıqlar aparırlar.

OPEC ölkələri noyabrın 30-da keçirilən iclasda gündəlik neft hasilatını 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəlmişdilər. Sazişdə quruma üzv olmayan ölkələrin də gündəlik neft hasilatını ümumən 600 min barrel azaltmaları nəzərdə tutulurdu.

Son xəbərlər
Oxşar xəbərlər