Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd pasportlarını tanıyıb.
Bunu mətbuat konfransında çıxışı zamanı Vyetnam Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Le Txi Txu Hanq bildirib.
O deyib ki, hökumətin COVID-19 pandemiyasına çevik və təhlükəsiz uyğunlaşma və ona nəzarət haqqında 1 oktyabr tarixli qərarına əsasən, Vyetnam 72 ölkənin, o cümlədən Azərbaycanın peyvənd sertifikatlarını tanıyıb.
Bu siyahıya həmçinin Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan və s. ölkələr daxildir.