Vyetnamda Azərbaycanın qida məhsullarına böyük maraq var.
Bunu Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə Azərbaycan və Vyetnam sahibkarları ilə görüşdə deyib.
Onun sözlərinə görə, Vyetnam Azərbaycandan ət məhsullarının tədarükünə diqqət göstərir: “Həmçinin Vyetnam Azərbaycandan nar və nar məhsulları, çay, gilas, gavalı, emal sənayesi məhsullarını idxal etmək istəyir. Eyni zamanda, bu ölkə Azərbaycana elektronika, dəniz və qida məhsulları ixrac edir. Bundan başqa, Vyetnamda Orta Dəhlizə maraq böyükdür və o, bu dəhlizə qoşularaq da məhsullarını ixrac edə bilər”.