25 C
Baku
Monday, July 14, 2025

Vyetnam BRICS-ə tərəfdaş ölkə statusu ilə qoşulub

Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi BRICS-ə rəsmən qoşulduğunu elan edib.

Bu barədə Rusiya mətbuatı Braziliya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Belarus, Boliviya, Qazaxıstan, Kuba, Malayziya, Nigeriya, Tailand, Uqanda və Özbəkistandan sonra Vyetnam da BRICS-in tərəfdaş ölkəsinə çevrilir”, – bəyanatda deyilir.

Qeyd edək ki, BRICS üzvləri Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, BƏƏ, İran, Misir, Efiopiya və İndoneziyadır. Tərəfdaş ölkələr kateqoriyası 2024-cü ilin oktyabrında Kazanda keçirilən XVI BRICS sammitində təsis edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər