Vyetnam ruslar üçün viza rejimini ləğv edib, bu barədə respublikanın mətbuat xidmətinin açıqlamasında deyilir. Belə ki, ruslar Vyetnama daxil olduqları tarixdən etibarən 15 gün vizasız qala biləcəklər.
Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qayda 2022-ci il martın 15-dən 2025-ci il martın 14-dək qüvvədə olacaq.
Həmçinin, ölkə Fransa, Almaniya, İtaliya, İspaniya, Böyük Britaniya, Belarus, Yaponiya, Cənubi Koreya, Danimarka, İsveç, Finlandiya və Norveçdən olan turistlərdən viza tələb etməyəcək.
2020-ci ilin yazında koronavirusa görə vizasız giriş ləğv edildi. Buna qədər 100-dən çox ölkənin vətəndaşları ölkəyə vizasız gedə bilərdi.
Rusiya yanvarın 27-də (Moskva-Hanoy) Vyetnamla uçuşları bərpa edib. Ruslar Vyetnama yalnız diplomatlar, ekspertlər, investorlar və digər peşəkarlar kimi iş vizası ilə daxil ola bilərdilər.