26 C
Baku
Saturday, July 27, 2024

Vyetnam və Cənubi Koreya sərhədləri açacaq

Vyetnam və Cənubi Koreya karantin qaydalarını yumşaldır və turistlər üçün sərhədləri açmaq niyyətindədir.

TourDom.ru yerli mediaya istinadən xəbər verir ki, Vyetnamdakı səlahiyyətlilər tərəfindən məhdudiyyətlərin aradan qaldırılması qərarı bir həftə ərzində ölkədə COVID-19 infeksiyası aşkar edilmədikdən sonra qəbul edilib.

Mağazalar, restoranlar və kafelər açılır, ölkədaxili uçuşlar davam edir. Lakin sakinlər infeksiyanın yayılmasının qarşısını almaq üçün ciddi gigiyenik tədbirlərə əməl etməlidirlər.

Turistləri cəlb etmək üçün Vyetnam hotelləri xüsusi təkliflər və endirimlər elan etməyə başlayıb. Ancaq hələlik onlar yalnız yerli sakinləri qəbul edəcək.

Cənubi Koreyada sosial məsafə qaydaları da azaldılır. Ötən ay respublikada cəmi səkkiz virusa yoluxma faktı aşkar edilib. Ölkədə ümumi karantin tətbiq edilməyib. Yalnız yoluxan qonaqlar və onlarla əlaqə quranlar təcrid olunurlar.

Koreyalılar xarici turistləri qəbul etməyə nə vaxt hazır olacaqları ilə bağlı tarix açıqlamayıblar.

©Oxu

Son xəbərlər
Digər xəbərlər