Vyetnamdan Azərbaycana ədviyyat, sous, qurudulmuş meyvə, içki və digər qida məhsullarının ixracı artıb.
Bunu Vyetnamın Rusiyadakı ticarət müşaviri Duong Hoang Minh bildirib.
Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana da ixracda artım müşahidə olunur.
Vyetnam Gömrük Baş İdarəsinin statistik məlumatlarına görə, dünyada gedən iqtisadi və siyasi proseslərlə əlaqədar 2022-ci ildə Vyetnam və Avrasiya İqtisadi Birliyinə üzv ölkələr arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci ilə nisbətən 9.7% azalaraq 13.3 milyard ABŞ dolları, 2023-cü ilin 9 ayında isə illik müqayisədə 6.5% azalaraq 9 milyard ABŞ dolları təşkil edib.