Wall Street analitikləri neft qiymətləri ilə bağlı mənfi proqnoz verib

Banker.az xəbər verir ki, The Wall Street Journal-ın aylıq araşdırmasının nəticələrinə əsasən,  Wall Street-in bank analitikləri neft qiymətləri ilə bağlı proqnozlarını dörd ay ardıcıl olaraq pisləşdirib.

Avqust ayının sonu həyata keçirilmiş sorğuda iştirak edən investisiya banklarının 14 nümayəndəsi 2018-ci ildə Brent markalı neftin  barrelinin qiymətinin orta hədlə 54 dollar, WTI markalı neftin 1 barrelinin dəyəri isə 51 dollar olacağını güman edir.

Dünyada neft ehtiyatlarının güclü artımı son üç il ərzində kotirovkalara təzyiq edib.

Dünya üzrə neft hasilatını təqribən 2% azaldan OPEC+ layihəsinin müddəti 2018-ci ilin mart ayında başa çatır və bu müddətin yaxınlaşması ilə ekspertlərin narahatlıqları da artır. Belə ki, həddindən artıq istehsal yenidən ciddi təhlükəyə çevrilə bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər