7 C
Baku
Friday, February 13, 2026

Wall Street qurusu Bill Akman Meta-nın gələcəyinə 2 milyard dollar yatırım edib

Bill Akman süni intellektin şirkətin əsas artım mühərrikinə çevriləcəyinə inanaraq Meta səhmlərinə böyük həcmdə yatırım edib. Bu barədə The Wall Street Journal nəşri məlumat yayıb. Pershing Square fondu Meta-da mövqeyini açıqlayıb və 2025-ci ilin sonuna olan vəziyyətə görə bu investisiya fondun kapitalının təxminən 10 faizini — yəni 2 milyard dollara yaxın vəsaiti təşkil edib.

Son altı ayda Meta-nın səhmləri süni intellektə yönəldilən iri xərclərlə bağlı investor narahatlıqları səbəbindən təxminən 13 faiz ucuzlaşıb. Lakin Pershing Square bu risklərin şişirdildiyini hesab edir.

Fondun investisiya arqumenti ondan ibarətdir ki, süni intellektin inteqrasiyası Meta-nın əsas biznes modelini daha da gücləndirəcək. Bu, tövsiyə alqoritmlərinin və hədəfli reklam mexanizmlərinin təkmilləşdirilməsi ilə yanaşı, daşınan qurğular seqmentində və korporativ süni intellekt assistentləri sahəsində yeni imkanlar açacaq.

Pershing Square-in təqdimatında qeyd olunur ki, “Meta-nın biznes modeli süni intellektin inteqrasiyasından ən açıq şəkildə faydalanacaq modellərdən biridir”.

Fond mövqeni noyabr ayında, bir səhm üçün orta hesabla 625 dollar qiymətlə açıb. Pershing Square ənənəvi olaraq portfelini yüksək dərəcədə konsentrə edir: 2025-ci ilin sonuna fondun portfelində cəmi 13 mövqe olub, o cümlədən Alphabet və Amazon kimi şirkətlər də yer alıb.

Fond 2025-ci ili 20,9 faiz gəlirlə başa vurub. Müqayisə üçün, eyni dövrdə S&P 500 indeksinin gəlirliliyi 17,9 faiz təşkil edib. Bununla belə, 2026-cı ilin yanvarı fond üçün mənfi nəticə ilə yadda qalıb — gəlirlilik 2,5 faiz azalıb.

Son xəbərlər
Digər xəbərlər