19 C
Baku
Friday, October 4, 2024

“Walmart” işçilərinin maaşını 17% artırır

ABŞ-da və dünyada ən böyük pərakəndə satış şəbəkəsi olan “Walmart” işçilərinin maaşını artırdığını elan edib. Qeyd edək ki, hazırda bu şəbəkədə əməkhaqqı saatda 12-18 dollar arasında dəyişir, mart ayından sonra isə 14-19 dollar olacaq. Beləliklə, artım 16.6% təşkil edəcək.

Banker.az bu barədə “Komemrsant”a istinadən xəbər verir.

Son zamanlar, keçən il sürətlənən inflyasiyanın fonunda getdikcə daha çox şirkət işçilərin maaşını artırır. Təkcə ABŞ-da noyabr ayında əmək haqqı orta hesabla 5.5% artıb.

Yanvarın əvvəlində Yaponiyanın aparıcı “Uniqlo” şəbəkəsinin rəhbərliyi də maaş artımını elan edib. Konkret işçinin tutduğu vəzifədən və iş stajından asılı olaraq əməkhaqqı 18-40% artacaq.

Son xəbərlər
Digər xəbərlər