27 C
Baku
Wednesday, April 24, 2024

“Walmart” könüllü olaraq peyvənd olunmuş işçilərinə $150 ödəyəcək

“Walmart” və “Disney” yaxın iki ayda bütün işçilərini peyvənd etdirmək niyyətindədir.

Banker.az “Secretmag”a istinadən xəbər verir ki, bu məqsədə çatmaq üçün “Walmart” şəbəkəsi könüllü olaraq peyvənd olmuş işçilərə ödədiyi mükafatı iki qat artıracaq.

Mütəxəssislərin fikrincə, Amerikanın böyük şirkətlərinin təcrübəsindən kiçik və orta biznes sahiblərinin də istifadə edəcək. “Disney” rəhbərliyi bütün işçilərinin, eləcə də ölkədə saatlıq əməkhaqqı alanların 60 gün ərzində peyvənd edilməsinin lazım olduğunu bildirib.

Əyləncə sənayesinin nəhəngi yalnız peyvənd olunmuş şəxsləri işə götürəcəyini vurğulayıb. Daha əvvəl “Netflix” də oxşar açıqlama verib. Eyni tədbirlər “Facebook” və “Google” tərəfindən görülüb.

“Uber”, “Apple” və “Twitter” isə yoluxma sayının artması səbəbindən işçilərin ofisə qayıtmasını təxirə salmaq məcburiyyətində qalıb. Xatırladaq ki, daha əvvəl Nyu-York hakimiyyətinin koronavirus əleyhinə bir doza peyvənd vurdurmuş şəxslərə 100 dollar mükafat verəcəyi məlum olub.

ABŞ rəsmilərinin bu qərarı son iki həftədə yoluxma göstəricilərinin iki dəfə artması ilə əlaqəli olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər