9 C
Baku
Thursday, December 12, 2024

“Walmart” prezident seçkiləri ərəfəsində silah və döyüş sursatlarını mağazalarından yığışdırdı

ABŞ-ın ən böyük pərakəndə satış şirkəti olan “Walmart”, prezident seçkiləri ərəfəsində bütün silah və döyüş sursatlarını mağazalarından (4 750 satış nöqtəsi) yığışdırıb.

Banker.az bu barədə “Forbes.ru” ya istinadən xəbər verir ki o, bu qərarı prezident seçkiləri zamanı yarana biləcək qarma-qarışıqlığın qarşısını almaq məqsədi ilə qəbul etdiyini açıqlayıb.

Qeyd edildiyi kimi, silahı və ya döyüş sursatlarını yalnız sifarişlə əldə etmək mümkün olacaq. Şirkət nümayəndəsi bildirib ki, ticarət şəbəkəsi bu tədbirə son illərdə bir neçə dəfə əl atıb. Onun sözlərinə görə, bu, “tərəfdaşların və müştərilərin təhlükəsizliyi üçün zəruridir”.

WSJ misal olaraq bu həftə Filadelfiyada polisin qaradərilini bıçaqla ölümcül yaralamasından sonra başlayan etirazları xatırladır. Şirkətin oktyabrın 28-də işçilərinə göndərdiyi məktubda deyilir: “Ölkənin ayrı-ayrı bölgələrində mövcud iğtişaşların qarşısını almaq üçün bütün silahlar, o cümlədən döyüş sursatları vitrinlərdən yığışdırılsın”.

Qeyd edək ki, “Walmart” silah və patron tədarükünü xeyli azaltsa da, yenə də ölkənin əsas silah satıcısı hesab olunub. 2019-cu ildə ticarət şəbəkəsi El-Pasodakı iğtişaşdan sonra yarımavtomat tüfənglər və tapançalar üçün patron satışını dayandırıb. Həmin ildə 23 nəfər həlak olmuşdu. 2018-ci ildə isə şirkət Florida ştatının məktəbindəki atəşdən sonra silah və ya döyüş sursatını almaq üçün minimal yaş həddini 21-ə qaldırıb. Daha əvvəl, 2015-ci ildə Alyaska xaricində silah və tapança satışı dayandırılmışdı.

Xatırladaq ki, ABŞ prezident seçkiləri noyabrın 3-ü üçün planlaşdırılıb. Demokratlar tərəfindən Co Bayden respublikaçılar tərəfindən isə Donald Tramp namizədliyini irəli sürüb. Bildiyimiz kimi, seçkilərdə qalib gəlmək üçün namizəd seçicilərdən 270 səs toplamalıdır.

Son xəbərlər
Digər xəbərlər