“Walt Disney”in baş direktoru Robert Ayqer şirkətin 7 min işçini ixtisar edəcəyini bildirib. O, qeyd edib ki, şirkətdə üç şöbə yaradılacaq. Onlardan biri kino və televiziya sahəsində kontentlə məşğul olacaq, ikincisi idman proqramlarına, üçüncüsü isə əyləncə parklarına cavabdeh olacaq.
Banker.az bu barədə “Lenta.ru”ya istinadən xəbər verir.
Bununla da “Walt Disney” təxminən 5.5 milyard dollar qənaət edəcək. Şirkətin baş direktoru bildirib ki, 7 min işçi ümumi işçilərin təxminən 3 faizini təşkil edir.