17 C
Baku
Saturday, October 5, 2024

“Walt Disney”in keçmiş rəhbəri yenidən baş direktor vəzifəsinə qayıdıb

“Walt Disney”in direktorlar şurası 71 yaşlı Bob Ayqeri 2005-2020-ci illərdə işlədiyi şirkətin baş direktoru vəzifəsinə qaytarıb. Press-relizdə deyilir ki, Ayqer “inkişafı böyütmək və strateji istiqaməti müəyyən etmək üçün direktorlar şurası ilə sıx əməkdaşlıq” edəcək.

Şirkətin idarə heyətinin sədri Syuzan Arnold izah edib ki, Ayqer əvvəllər sıx əməkdaşlıq etdiyi yüksək rəhbərlər tərəfindən dərin hörmətə malikdir və bütün “Disney” işçiləri ilə böyük rəğbətlə qarşılanır.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Ayqer 15 il “Disney” şirkətinin baş direktoru vəzifəsində çalışıb və müqaviləsini dörd dəfə yeniləyib. Ayqerin yenidən “Disney”in baş direktoru vəzifəsinə təyin olunması xəbəri ilə şirkətin səhmləri 0.22% artaraq 92 dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər