20 C
Baku
Friday, October 11, 2024

“Walt Disney”in sabiq rəhbəri işdən çıxarıldığına görə $20 mln. müavinət alacaq

2022-ci ilin noyabrında “Walt Disney”dən qovulan CEO Bob Çapek 20.4 milyon dollar dəyərində işdən çıxma müavinəti alacaq. Bundan başqa, onun maaşı digər ödənişlər və 30 sentyabrda başa çatan 2022-ci maliyyə ili üçün kompensasiyalarla birlikdə 24 milyon dollar təşkil edəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Maliyyə hesabatlarında şirkət cənab Çapekin baş direktor vəzifəsindən gözlənilmədən qovulmasının və 2020-ci ildə təqaüdə çıxan Bob İgerin onun yerinə gəlməsinin səbəblərini izah edir. 2022-ci ilin iyun ayında “Walt Disney”in direktorlar şurası cənab Çapek ilə müqaviləni uzadıb, lakin iyundan noyabra kimi makroiqtisadi vəziyyətdə əhəmiyyətli dəyişikliklər baş verib.

Nəticədə, direktorlar şurası “Disney” getdikcə çətinləşən sənaye transformasiyası dövrünə qədəm qoyduğuna görə Bob Çapekin yerinə Bob İgeri gətirmək qərarına gəlib. Hesabatda Çapekin alacağı müavinətin nələrdən ibarət olduğu da göstərilir: keçmiş CEO-nun əməkhaqqı 2.5 milyon dollar, səhm opsionları 14.5 milyon dollar, bonusları 6.75 milyon dollar, özəl hava səyahətləri üzrə kompensasiyası 282.8 min dollar və digər kompensasiya növləri 53.8 min dollar təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər