18 C
Baku
Wednesday, October 22, 2025

“Warner Bros. Discovery” satışa çıxarılıb

“Warner Bros. Discovery” mediaşirkəti səhmdarların mənfəətini maksimuma çatdırmaq üçün müxtəlif fəaliyyət variantlarını öyrənir.

Mümkün variantlar arasında 2026-cı ilin ortalarına qədər iki şirkətə bölünmə, ya bütün şirkətin satışı, ya da şirkətin ayrı-ayrı hissələrinin, xüsusilə “Warner Bros.” və ya “Discovery”nin satışı nəzərdən keçirilir.

“Warner Bros. Discovery”dən bildiriblər ki, adları çəkilməyən tərəflərdən rəhbərliyi ilə razılaşdırılmamış bir neçə təklif alıb. Bundan sonra şirkət bütün biznesini və ya onun bir hissəsini satmaq planları haqqında rəsmi olaraq elan etmək qərarına gəlib.

Bəyanatdan sonra “Warner Bros. Discovery” səhmlərinin qiyməti 10% artıb.

Xatırladaq ki, “Warner Bros. Discovery” 2022-ci ildə yaradılıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər