15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“WarnerMedia” və “Discovery” birləşmək üçün danışıqlar aparırlar

Screen Shot 2021 09 02 at 14.34.20

Amerikanın telekommunikasiya konqlomeratı “WarnerMedia” “Discovery” şirkəti ilə birləşmək üçün danışıqlar aparır. Banker.az “İZ.ru”ya istinadən xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” agentliyi məlumat verib.

Yeni striminq nəhənginin dəyəri 150 milyard dollar təşkil edəcək, səhmləri isə “AT&T” və “Discovery” səhmdarlarına məxsus olacaq.

Agentliyin qeyd etdiyi kimi, şirkətlər mümkün birləşməni müzakirə etsələr də, hələ də ümumi razılığa gələ bilməyiblər. Bununla yanaşı, “AT&T” və “Discovery” nümayəndələri şərh verməkdən imtina ediblər.

“AT&T” dünyanın ən böyük media konqlomeratlarından biridir. “Forbes Global”a görə, şirkət 213 milyard dollar dəyərlə 311-ci yeri tutur. “AT&T” yerli və şəhərlərarası telefon xidmətləri göstərir, eyni zamanda internet təminatçısıdır və ABŞ-ın ikinci ən böyük mobil operatorudur.

“Discovery Inc.” şirkəti “Discovery Channel”, “Animal Planet”, “Investigation Discovery”, “Discovery Family”, “Science Channel”, “TLC”, “HGTV” və digərlər telekanallara sahibdir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər