Sərmayəçi Warren Buffett, “Amazon” un səhmlərini almaqdan imtina etdiyi üçün özünü “axmaq” adlandırıb. 2018-ci ildə bu şirkətin kapitallaşması 1 trilyon dolları keçib.
Banker.az xəbər verir ki, Milyarder və sərmayəçi Warren Buffett, CNBC kanalına bildirib ki, onun “Berkshire Hathaway” holdinq şirkəti “Amazon” un səhm paketini əldə edib.
Buffet-in sözlərinə görə, o həm “Amazon” şirkətinə, həm də Jeff Bezosa qarşı yaxşı münasibət bəsləyir. “Hə, mən fanat idim, və mən axmaq biri idim, əgər əvvəl almadımsa (səhmləri)”, – o deyib.
Onun sözlərinə görə, satın alma qərarını “Berkshire Hathaway” şirkətinin əməkdaşlarından biri qəbul edib. Buffet “Amazon” un qiymətli kağızlarına nə qədər xərclədiyini açıqlamayıb.
CNBC, “Amazon” səhmlərinin “Berkshire” şirkətində investisiya menecerlərindən biri olan Todd Combs ya da Ted Weschler tərəfindən satın alındığını qeyd edir.
“Amazon” dəfələrlə dünyanın ən bahalı şirkəti kimi seçilib və 2018-ci ilin sentyabr ayında onun bazar kapitallaşması 1 trilyon dolları keçmişdir. “Amazon” dan əvvəl bu göstəricilərə “Apple” (2 avqust 2018), daha sonra isə “Microsoft” çatmışdır (25 aprel 2019).
Hal-hazırda şirkətin bazar kapitallaşması 935,83 milyard dollar, bir səhmin qiyməti isə 1900,82 dollar təşkil edir. Forbes Warren Buffet-in mülkiyyətini 89 milyard dollar dəyərində qiymətləndirir. O, dünyanın ən zəngin insanları arasında üçüncü yeri tutur (birinci yerdə Bezos və onun ailəsi, ikinci yerdə isə Bill Gates-dir).
2018-ci ildə Buffet-in holdinqinin əldə etdiyi gəlirin səviyyəsi aşağı olmuşdur. Sərmayəçi qeyd edir ki, həmişə şirkətin balans dəyərinə üstünlük verərək, S&P 500 indeksi ilə müqayisə edib. Milyarder bu təcrübədən daha istifadə etməyəcəyini bildirib.