12 C
Baku
Saturday, March 8, 2025

Warren Buffett-in gündəlik xərclərə qənaət etmək üçün 7 qaydası

Məşhur investor Warren Buffett-in pul idarəetmə yanaşması sadə və effektivdir. Onun pul yığma strategiyaları adi insanlar üçün də çox faydalı ola bilər. Budur, Buffett-in gündəlik xərcləri azaltmaq və eyni zamanda rahatlıqdan imtina etməmək üçün 7 qaydası:

  • Dəyərə fokuslanın

Warren Buffett brend adlara dəyil, real dəyərə önəm verir. Məsələn, yeni avtomobil almaqdansa, bir az zədəli olanı daha ucuza alıb təmir etdirməyi seçir.

Siz də bu yanaşmanı tətbiq edə bilərsiniz. Brend məhsulların yerinə marketin özəl markalarına baxın. Əsas odur ki, pulunuzu mümkün qədər effektiv xərcləyəsiniz.

  • Yarıdıcı olun

Buffett ilk övladı anadan olanda, uşaq beşiyi almaqdansa, geyim şkafını beşiyə çevirdi.

Siz də bu yanaşmanı həyatınızda tətbiq edə bilərsiniz. Məsələn, evi yeniləmək istəyirsinizsə, yeni məhsullara pul xərcləməkdənsə, pulsuz bəxş etmə qrupları və ya Facebook Marketplace-də, tap-az, lalafo kimi saytlarda əşyalar axtarın.

  • Keyfiyyəti saydan üstün tutun

Buffett deyir: “Ən yaxşısı, möhtəşəm bir şirkəti normal qiymətlə almaq və ya normal bir şirkəti ucuz qiymətə almaqdan qaçmaqdır.”

Bu prinsipə riayət edərək, sadəcə ucuz olan deyil, dəyərli və keyfiyyətli olan məhsullara investisiya edin.

  • Endirimlərdən istifadə edin

Hətta Buffett də kuponlarla pul qənaət edir. Bill Gates bir xatirəsində qeyd edirdi ki, Buffett McDonald’s-a gedəndə cibindən kupon çıxarıb yeməyin pulunu azaldıb.

Hər xərci azaltmağın yollarını axtarmaq sərfəlidir. Endirim kuponları, loyallıq proqramları və ya cashback kartları istifadə edin.

  • Restoranlarda yeməyi azaldın

Buffett istədiyi vaxt bahalı restoranlara gedə bilər, amma o, ev yeməyini seçir.

O deyir: “Eyni yeməyi 50 gün dalbadal yeyə bilərəm.”

Siz də restorana getməyi məhdudlaşdıraraq büdcənizi qoruyun.

  • Trendlərin Ardınca Qaçmayın

Buffett modaların müdətli olduğunu bilir. 1999-cu ildə texnologiya böhranı zirvəyə çatanda o, “Əsas məsələ bir sənaye sahəsinin cəmiyyətə təsirini deyil, həmin şirkətin üstünlüklərini qiymətləndirməkdir”, – deyirdi.

Məhsullara və investisiyalara yanaşmanızı buna görə qurun.

  • Endirimlərdən maksimum yararlanın

Buffett deyir: “Söhbət istər səhmlərdən, istər corablardan getsin, qiyməti düşəndə almaq xoşuma gəlir”.

Endirimlərdən faydalanaraq keyfiyyətli məhsulları daha ucuza almaq mümkündür.

 

Son xəbərlər
Digər xəbərlər