Tramp administrasiyası Avropa ölkələrindən İranın daxilində potensial hədəflərlə bağlı kəşfiyyat məlumatlarını ABŞ-la bölüşmələrini istəyib.
Banker.az xəbər verir ki, bu barədə iki anonim Avropa rəsmisi “TheWashington Post“a danışıb.
Mənbələrdən birinin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranın nüvə təsisatlarına zərbə endirilməsini nəzərdən keçirdiyinə dair heç bir əlamət yoxdur.
Mənbə əlavə edib ki, ABŞ-ın İranın təhlükəsizlik qüvvələrinin liderlərini hədəfə almaq ehtimalı daha böyükdür.
Qeyd edək ki, İranda bir neçə gündür internet kəsilib. ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyinin (HRANA) verdiyi məlumata görə, etiraz aksiyalarında ölənlərin sayı 2571 nəfərdir, minlərlə insan həbs olunub.







