Son 14 ildə dünya miqyasında aparılan “Doing Business” üzrə islahatların 21%-i Avropa və Mərkəzi Asiya ölkələrinin payına düşüb. Bu region üzrə islahatların ümumi sayı isə 673 olub.
Bunu Bakıda jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Dünya Bankının (WB) nümayəndəsi Maria Antonio Qamez deyib.
M.Qamez qeyd edib ki, Azərbaycan regionda iki ən çox islahat aparmış ölkələrdəndir: “Bu il regionda Özbəkistan 5, Azərbaycan isə 4 islahat həyata keçirib. Dünya üzrə islahatların 78%-i inkişafda olan ölkələrin payına düşüb”.
WB rəsmisi deyib ki, “Doing Business” reytinqində aşağı yerlərdə duran ölkələrdə işsizlik səviyyəsi yüksəkdir: “Ölkələrdə kommersiya mübahisələrinin həll edilməsi ilə bağlı islahatlar çox az həyata keçirilib”.