16 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Wells Fargo bankı 69 rəhbər şəxsi işdən azad edir

Banker.az xəbər verir ki, ABŞ-ın nəhəng Wells Fargo bankı departamentin restrukturizasiyası çərçivəsində pərakəndə biznes üzrə 69 rəhbər vəzifəli şəxsi işindən azad edəcək. İxtisar ediləcək əməkdaşlar təqaüdə çıxacaq, bankın digər bölməsinə keçəcək və yaxud ölkəni tərk edəcəklər.

Bank qeyd edib ki, onlar saxta hesabların yaradılması ilə bağlı baş vermiş qalmaqalın izlərini aradan qaldırmaq məqsədilə ixtisarlar etməyə vadar olub. Belə ki, bank keçən ilin sentyabr ayında öz menecerləri tərəfindən 2,1 milyon icazəsiz hesabların açılmasında ittiham edildi.

Beləliklə, pərakəndə biznes üzrə bir neçə vəzifənin birləşdirilməsinə qərar verildi. İndi, Regional President və Area President vəzifələrində iki əməkdaş əvəzinə 1 şəxs çalışacaq. Onun vəzifəsi bankın regiondakı prezidenti adlanacaq. 91 əməkdaş bu vəzifə üzrə işləməyə davam edəcək.

Son xəbərlər
Oxşar xəbərlər