15 C
Baku
Thursday, May 9, 2024

Wells Fargo

Amerika bankı WellsFargo hal-hazırda bank biznesi və poçt xidmətləri sahəsində olduqca məşhurdur. Bu bankın yaranma tarixində hər şeydən əvvəl bank sistemi ilə bağlı heç bir məlumatı olmayan iki gənc tərəfindən yaradılması diqqət çəkir. Hər şey 1941-ci ildə başlandı.

Nyu-Yorklu poçt agenti Henri Uels bir poçt şirkəti açmağı qərara aldı və o zamanlar Sirakuzda ticarətlə məşğul olan bir şəxsin köməkçisi Uilyam Farqonu işə götürdü. Firma 1844-cü ildə yaradıldı və Well & CO adlanırdı. Eyni zamanda dürüst və çalışqan olan Farqo Uelsin etibarını o dərəcədə qazanmışdı ki, hətta ona şirkətin kiçik bir faizi də təklif olunmuşdu. Şirkətdə Farqo qızılın və digər dəyərli əşyaların çatdırılması işinə baxırdı.

Bir çox şirkətlər olduğu kimi bu şirkət də bir sıra eniş mərhələləri və uğursuzluqlarla qarşılaşdı. 1849-cu ildə Well & CO şirkəti Wasson&Company kimi güclü rəqiblə üzləşdi. Baxmayaraq ki, o dövrdə hər şey zor gücünə həll olunurdu, mahir Henri Uels öz diplomatik bacarığı sayəsində bu konflikti sülhlə yoluna qoya bildi. Uelsin danışıqları yüksək səviyyədə aparması iki rəqib şirkətin birləşərək eyni AmericanExpress adı altında birləşməsinə səbəb oldu. Bu şirkət bu gün də beynəlxalq sürətli daşınmanın simvolu hesab olunur.

1852-ci ildə yeni yaranmış şirkətdə mübahisələr yarandığı üçün yeni WellsFargo& Company adlı müəssisə yaradıldı. İlk ofis elə həmin il San-Fransiskoda açıldı. O zamanlar Kaliforniyada hər kəs qızıl əldə etmək arzusunda idi. Bunu əla fürsət hesab edən şirkət rəhbərləri poçtla yanaşı bank xidmətləri də göstərməyi qərara aldılar. Nəticədə şirkət qızıl tozunun və külçələrin alınıb satılması, eyni zamanda bütün Amerika ərazisinə poçt xidmətlərinin çatdırılması ilə məşğul olmağa başladı. Uels və Farqo öz fəaliyyət sahələrində o qədər ustalaşmışdılar ki, böyük rəqabətə baxmayaraq onlar işlərini mübahisələrə yol vermədən həll edirdilər. Bundan başqa, o dövrdə sifarişlərin 99 faizi məhz bu şirkətə məxsus idi və bütün digər rəqib şirkətlər WellsFargo-nun nəzarəti altına keçdi.

Zamanla şirkət inkişaf etməyə başladı və dövlətlə müqavilə qazandı. Daha sonralar məşhur ABŞ “Poni ekspress” poçt xidməti yaradıldı. Şirkətin devizi “Heç bir şeyə baxmayaraq məktub mütləq ünvanına çatdırılmalıdır” kimi idi. Lakin 1861-ci ildə teleqraf xətlərinin inkişafı ilə onun fəaliyyəti dayandırıldı. Və ABŞ dövlət poçt xidməti gücləndirildikdə WellsFargo yalnız bank xidmətləri təqdim etməyə başladı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər