9 C
Baku
Friday, December 13, 2024

“Welt”: “Almaniya Ukraynaya silah tədarükünü ləngidir”

Almaniya hökuməti Ukraynaya silah tədarükünü, o cümlədən daha əvvəl vəd edilmiş “İris-T” hava hücumundan müdafiə sistemini ləngidir.

Bu barədə “Welt” yazıb.

Nəşr Ukrayna hökumətindəki mənbələrə istinadən iddia edir ki, rəsmi Kiyev iyulun əvvəlində “Diehl Defence” şirkətindən 11 ədəd “İris-T SLM” kompleksinin alınması üçün müraciət edib. Silahların tədarükü birbaşa həyata keçirilməlidir.

KİV-in məlumatına görə, bir sistem təxminən 140 milyon avroya başa gəlir, yəni müqavilə məbləği təxminən 1,5 milyard avrodur.

Almaniya İqtisadiyyat Nazirliyi ilkin müsbət cavab verib və Federal Təhlükəsizlik Şurasına müraciət göndərib. Ancaq məmurlar üç həftədir qərar qəbul etməyib.

Şura bağlı qapılar arxasında iclas keçirən doqquz nazirdən ibarətdir. Nəşr bildirir ki, Şura ya Ukraynaya silah tədarükünə razı olmayıb, ya da istəksiz şəkildə razılaşıb.

Qeyd edək ki, iyunun əvvəlində Almaniya Kansleri Olaf Şolts “İris-T” sistemini Ukraynaya verməyə söz verib. Onun sözlərinə əsasən, çatdırılma yaxın həftələrdə baş tutmalı idi. Amma KİV Ukraynanın bu sistemləri yalnız ilin sonuna doğru ala biləcəyini bildirir.

Son xəbərlər
Digər xəbərlər