13 C
Baku
Tuesday, October 22, 2024

“West” istehsalçısı Rusiyadakı aktivlərini satıb

Britaniyanın “Imperial Brands” tütün konserni Rusiyadakı aktivlərini satdığını açıqlayıb. Aprelin 27-dən Hollandiyanın “Imperial Tobacco Holdings” qrupu “Imperial Tobacco Volga MMC”də 100%, “Tobacco Sales and Marketing MMC”də isə 90% paya sahib olub. Daha 10% Almaniyanın “Reemtsma Cigarettenfabrikenin” şirkətinə məxsus olub.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Aprelin 27-dən etibarən hər iki MMC dörd rusiyalıya məxsusdur: Aleksandr Kobzev və Konstantin İvanov (hər birində 30%), Sergey Bronetski (28%) və Aleksandr Naumov (12%).

Xatırladaq ki, “Imperial Brands” Ukraynada başlayan müharibə səbəbindən martın əvvəlində Rusiyada fəaliyyətini dayandırıb. Daha sonra Britaniya şirkəti “Rusiya hüquqi şəxsi” ilə aktivlərin satışı ilə bağlı danışıqlar apardığını elan edib.

Daha əvvəl “Imperial Brands” Rusiyanın Volqoqrad şəhərində  “Davidoff”, “West”, “Jade”, “P&S” və “Maksim” siqaretlərini istehsal edir.

Son xəbərlər
Digər xəbərlər