21.6 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Western Union” Əfqanıstana pul köçürmələrini dayandırıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Western Union” Əfqanıstana pul köçürmələrini dayandırıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin 18 avqust tarixli açıqlamasına istinadən “MarketWatch” məlumat verib.

Şirkət müştərilərə göstərilən xidmətlərin əhəmiyyətini başa düşdüyünü və onları Əfqanıstandakı hadisələrin inkişafı barədə xəbərdar etmək niyyətində olduğunu bildirib.

İnkişaf etməkdə olan ölkələrdə pul köçürmələrinin insanların həyatına təsirini araşdıran Minnesota Universitetinin Kəıarlson idarəetmə məktəbinin professoru Pol Vaaler bunun ən çox Kabil və Əfqanıstanın digər böyük şəhər sakinlərinə təsir edəcəyini söyləyib.

Nəşriyyat kənd yerlərində əhalinin ənənəvi pul köçürmə sistemlərindən istifadə etdiyini yazır. Vaaler Əfqanıstanda “Western Union” sisteminin qeyri-rəsmi pul köçürmə vasitəsi olduğunu əlavə edib.

Xatırladaq ki, ötən bazar “Taliban” hərəkatının nümayəndələri Kabilə daxil olaraq, Əfqanıstan paytaxtı üzərindəki nəzarəti ələ keçiriblər. Taliblər Əfqanıstanın bütün ərazisinə nəzarət etdiklərini bildiriblər. Ölkə prezidenti Əşrəf Qani ölkədən qaçıb.

Daha əvvəl taliblərin Əfqanıstan Mərkəzi Bankında saxlanılan aktivlərə girişin bloklanması barədə məlumat verilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər