23 C
Baku
Saturday, September 28, 2024

Western Union iş adamları üçün platformanı işə salır

Western Union şirkəti iş adamları üçün WU EDGE rəqəmsal platformasını işə salır. Bu sistem vasitəsi ilə kiçik və orta sahibkarlıq beynəlxalq ticarətlə məşğul olmaq imkanı qazanacaqlar.

Platformanın prezentasiyası 11 Aprel Kopenhagendə Money 20/20 Europe tədbirində baş tutmuşdur. İlk olaraq bu platforma 6 ölkədə – Avstraliya, Kanada, Yeni Zellandiya, Sinqapur, Böyük Britaniya və ABŞ-da işə salınması planlaşdırılır.

Qeyd olunan platforma B2B prinsipi ilə işləyəcək.

EDGE platformasının verdiyi imkanlar aşağıdakılardır:

–       Ticarət əməliyyatında elektron hesabın və ödənişin həyata keçirilməsi

–       Ödənişi 130 yaxın valyutada həyata keçirmək (22 valyuta ilə real time ödənişlər)

–       200-dən artıq ölkədə ticarət

–       Digər təşkilatları ticarət etmək üçün platformaya dəvət etmək imkanı

–       Analitik məlumatlara və biznes alətlərə çıxış

Son xəbərlər
Digər xəbərlər